Borc yiyəsi qapıya dayandı: İrəvan üçün geri sayım...?

Borc yiyəsi qapıya dayandı: İrəvan üçün geri sayım...?
10.06.2026 16:07 Dünya

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin xarici işlər nazirləri Ermənistanın məcburi üzvlük haqları üzrə borcu ilə bağlı təşkilat nizamnaməsinin müvafiq müddəalarının tətbiqi imkanını müzakirə ediblər.

TodayPress TV xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov KTMT Xarici İşlər Nazirləri Şurasının iclasından sonra bildirib.

Lavrovun sözlərinə görə, Ermənistanın təşkilatın büdcəsi qarşısında yaranmış borcu artıq iki ildən çoxdur ki, qalmaqdadır.

Nazir qeyd edib ki, bu vəziyyət KTMT-nin nizamnaməsində nəzərdə tutulub və buna görə də görüş iştirakçıları sənədin müvafiq maddəsinin tətbiqi imkanını araşdırmaq barədə razılığa gəliblər.

“Ermənistanın borcu ilə bağlı məsələ xarici işlər nazirlərinin bugünkü iclasında nəzərdən keçirildi. Bu vəziyyət təşkilatın nizamnaməsində əksini tapıb və biz müvafiq maddənin işə salınması imkanını öyrənmək barədə razılığa gəldik”, – deyə Lavrov bildirib.

Bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan seçkiqabağı debatlar zamanı ölkəsinin KTMT-nin fəaliyyətində iştirakına qayıtmayacağını və vaxtı gələndə təşkilatdan çıxmaq barədə qərar qəbul edəcəyini söyləmişdi.

Politoloq Gevorq Mirzayan isə Ermənistanın KTMT üzvlüyü olmadan öz milli təhlükəsizliyini təmin edə bilməyəcəyini bildirib.

Onun sözlərinə görə, İrəvanın mövqeyi “hiyləgər” xarakter daşıyır, çünki Ermənistan nə təşkilatdan çıxır, nə də üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir.

Qeyd edək ki, bundan əvvəl Rusiya Dövlət Dumasında Ermənistanla seçkilərdən sonrakı münasibətlərin necə qurulacağı barədə də açıqlamalar verilmişdi.

Qiymət Mahir

XƏBƏR LENTİ
10 IYUN 2026
Bütün Xəbərlər