Bolqarıstan Prezidenti istefa verəcəyini açıqladı

Dünya

19.01.2026 22:00

Bolqarıstan Prezidenti Rumen Radev istefasını elan edib.

TodayPress TV-nin  məlumatına görə, Bolqarıstan liderinin bu barədə xalqa müraciətinin birbaşa yayımı Radevin "Facebook" səhifəsində yayımlanıb.

"Bu gün mən sonuncu dəfə Bolqarıstan Prezidenti kimi sizə müraciət edirəm. Bağışlanmağımı diləyirəm. Zaman sizin etimadınızı sınağa çəkdi və mən səbrinizə görə sizə təşəkkür edirəm", - deyə Radev bildirib.

O həmçinin səhvlərə yol verdiyini və işi sona çatdıra bilmədiyini vurğulayıb.

"Lakin məhz bizim uğur qazanacağımıza olan inamım bu qərarımın əsas motivlərindən biridir. Sabah mən Bolqarıstan Respublikasının Prezidenti postundan istefa verəcəyəm. Əminəm ki, İliana Yotova (Bolqarıstanın vitse-prezidenti - red.) layiqli dövlət başçısı olacaq. Doqquz il ərzində göstərdiyi dəstəyə görə ona təşəkkür etmək istəyirəm", - deyə Rumen Radev əlavə edib.

TodayPress TV

tag: Bolqarıstan,Rumen Radev, istefa, Prezident, todaypress.tv,