BMT: İsrailin enerji obyektlərinə hücumu təhlükə yaradır
Dünya
10.03.2026 15:54
"İsrailin İranın enerji obyektlərinə hücumları mülki əhalinin sağlamlığı və ətraf mühit üçün ciddi narahatlıq doğurur".
TodayPress TV xəbər verir ki, bu sözləri BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının (BMTİHAK) sözçüsü Ravina Şamdasani bildirib.
Şamdasani qeyd edib ki, bu hücumların əhaliyə və ətraf mühitə təsiri beynəlxalq humanitar hüquq baxımından mütənasiblik və ehtiyat tədbirlərinin yerinə yetirilib-yetirilməməsi ilə bağlı suallar yaradır.
O, İsrailin bu zərbələri yalnız hərbi məqsədlərlə məhdudlaşdırmayacağını istisna etməyib.
Martın 9-da "The Independent" qəzeti xəbər verib ki, ABŞ-İsrail aviasiyasının neft anbarlarına hücumundan bir neçə saat sonra İranda turşu yağışı müşahidə olunub və anbarların ətrafına çoxsaylı kimyəvi maddələr və ağır metallarla qarışıq qara tüstü yayılıb.
Türkan İsgəndərli
tag: İsrail,İran,Enerji,Təhlükə,Todaypress.tv,
