BMT-dən ABŞ-yə çağırış: Dəniz hücumlarını dayandırın!

BMT-dən ABŞ-yə çağırış: Dəniz hücumlarını dayandırın!
31.10.2025 18:46 Dünya

BMT ABŞ-ni Karib dənizi və Sakit okeanda narkotik qaçaqmalçılığı şübhəsi ilə həyata keçirilən hücumları dayandırmağa çağırıb.

TodayPress TV xəbər verir ki, BMT-nin insan hüquqları üzrə ali komissarı Volker Türk son həftələrdə ABŞ-nin həyata keçirdiyi hücumlar nəticəsində azı 62 nəfərin həlak olduğunu bildirib.

Vaşinqton bu gəmilərin narkotik daşıdığını iddia etsə də, bəzi hökumətlər və ailələr ölənlər arasında sadə balıqçıların da olduğunu bildirir.

Türkün sözlərinə görə, bu hücumlar və artan insan itkisi qəbuledilməzdir. O, ABŞ-ni belə halların qarşısını almaq və dənizdə qanunsuz qətllərə son qoymaq üçün dərhal tədbir görməyə çağırıb.

Jalə Rövşən 

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər