BMT Baş katibi Davos səfərini ləğv etdi
BMT-nin Baş katibi Antonio Quterreş İsveçrəyə səfərini ləğv edib.
TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" agentliyi BMT nümayəndəsi Rolando Qomesə istinadən bildirir.
Onun Davosda Dünya İqtisadi Forumunda (DİF) iştirakı planlaşdırılırdı.
Lakin Quterreş xəstələndiyi üçün tədbirə qatıla bilməyəcək.
Qeyd edək ki, DİF-in 56-cı sessiyası Davosda 19-23 yanvar tarixlərində keçirilir.