"Bitcoin" yeni rekorda çatdı
"Bitcoin" 13 iyul tarixində 119 216 dollarla tarixinin ən yüksək səviyyəsinə çatıb.
TodayPress TV xəbər verir ki, "Binance" birjasının məlumatına görə, saat 19:26-da kriptovalyutanın qiyməti 1,37% artaraq 119 015 dollara yüksəlib. 11 iyulda isə Bitcoin ilk dəfə olaraq 118 min dollar həddini keçmişdi.
Son bir ayda "Bitcoin"in dəyəri 12,9% artıb. Ekspertlər bu yüksəlişi ABŞ Prezidenti Donald Trampın kriptobazarı dəstəkləyən təşəbbüsləri və digər ölkələrin artan marağı ilə əlaqələndirir.
Qeyd olunur ki, ilin əvvəlindən bəri digər əsas kriptovalyutalar 30–50% arasında dəyər itirib.
Qiymət Mahir