Bişkekdə məktəbdə kütləvi zəhərlənmə: 84 nəfər...

Dünya

03.11.2025 14:07

Qırğızıstanın paytaxtı Bişkekdə yerləşən özəl təhsil müəssisəsində kütləvi qida zəhərlənməsi baş verib. 

TodayPress TV xəbər verir ki, bu barədə Bişkek Dövlət Sanitariya və Epidemioloji Nəzarət Mərkəzi məlumat yayıb.

Hadisə nəticəsində 84 nəfər – 80 şagird və 4 müəllim zərər çəkib.

Zərərçəkənlərin hamısı tibbi yardıma müraciət edib. Onlardan 10 uşaq və 2 böyük hospitala yerləşdirilib, qalanlara isə ambulator müalicə təyin olunub. İlkin ehtimala görə, bakterial mənşəli qida zəhərlənməsi baş verib.

Bildirilib ki, zəhərlənmə şaurmadan baş verib. 

Məktəb rəhbərliyinə pozuntuların aradan qaldırılması və ümumi dezinfeksiya aparılması barədə göstəriş verilib, müəssisə direktoruna qarşı isə inzibati protokol tərtib olunub.

Aysel Mətləb

TodayPress TV

tag: Bişkek,Məktəb,Şaurma,Zəhərlənmə,Todaypress.tv,