“Bir müharibənin hesabını bütün region ödəyir” - Ərdoğan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranla müharibənin nəticələrinin yalnız İran və Körfəz ölkələrinə deyil, bütün regiona təsir etdiyini bildirib.
TodayPress TV bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
Ərdoğan qeyd edib ki, İsrailin təxribatları və “hiylələri” nəticəsində başlayan müharibənin bədəlini münaqişədə birbaşa iştirak edib-etməməsindən asılı olmayaraq bütün ölkələr ödəyir.
“İsrailin yalanları və təxribat xarakterli hərəkətləri bütün regiona çox ehtiyac duyulan möhləti gətirən İslamabad razılaşmasını yenidən pozdu”, – Türkiyə Prezidenti deyib.
Onun sözlərinə görə, sülhün əldə olunması üçün ən kiçik imkanı belə özünə təhlükə kimi görən radikal yanaşma dəyişməyənədək regionda böhranlar səngiməyəcək.
Kübra Musayeva