Beş ştat Tramp administrasiyasını məhkəməyə verdi
Dünya
10.01.2026 14:00
ABŞ-nin beş ştatı ailə dəstəyi və uşaq baxımı proqramları üçün ayrılan 10 milyard dollardan çox federal maliyyənin dondurulmasına görə Tramp administrasiyasına qarşı məhkəmə iddiası qaldırıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Kaliforniya, İllinoys, Minnesota, Kolorado və Nyu-York ştatları Manhetten federal məhkəməsinə müraciət edərək aztəminatlı uşaqlı ailələr üçün nəzərdə tutulan proqramdan 7,3 milyard dollar, Uşaq İnkişafı və Qayğı Fondundan təxminən 2,4 milyard dollar və sosial xidmətlər qrantlarından 869 milyon dollar vəsaitin ayrılmasını tələb ediblər.
Məlumata görə, iddia federal hökumətin bu vəsaitləri dondurmasının ştatların sosial proqramlarına ciddi zərər vurduğunu əsas gətirir.
Qeyd edək ki, bir neçə gün əvvəl Donald Tramp Respublikaçıların aralıq Konqres seçkilərində uduzacağı təqdirdə demokratların ona qarşı impiçment proseduruna başlamağa cəhd edəcəklərini bildirib.
Türkan İsgəndərli
tag: ABŞ,Ştat,Məhkəmə,Tramp,Todaypress.tv,
