Beş Aİ ölkəsi yanacaq qiymətlərinin artması səbəbindən yeni vergi təklif edir

Dünya

04.04.2026 22:30

Beş Avropa İttifaqı ölkəsi yanacaq qiymətlərinin artmasının istehlakçılara təsirini yumşaltmaq üçün enerji şirkətlərinin artıq mənfəətinə ümumavropa vergisi tətbiq edilməsinə çağırır.

TodayPress TV xəbər verir ki, bu barədə "Euronews" məlumat yayıb.

Almaniya, İtaliya, İspaniya, Portuqaliya və Avstriyanın iqtisadiyyat və maliyyə nazirləri İqlim Fəaliyyəti üzrə Avropa Komissarı Vopke Hoekstraya rəsmi məktub göndəriblər.

Onlar neft qiymətlərinin kəskin artması nəticəsində enerji nəhənglərinin yığdığı artıq mənfəətdən vətəndaşları dəstəkləmək və inflyasiyanı cilovlamaq üçün istifadə etməyi təklif ediblər.

Aysel Mətləb

TodayPress TV

tag: Avropa İttifaqı,Almaniya,İspaniya,Yanacaq,TodayPress TV,