Bəqai: "Sanksiyalar iranlıları həyat əhəmiyyətli dərmanlardan məhrum edir"
Dünya
31.03.2026 23:40
İrana qarşı sanksiyalar və əczaçılıq zavodlarına hücumlar iranlıları həyat əhəmiyyətli dərmanlardan məhrum edir.
TodayPress TV xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai "X" sosial media hesabında yazıb.
"Əczaçılıq zavodlarına hücumlar onların cinayətkar sanksiyalarının daha bir aspektidir. O sanksiyalar uzun müddətdir iranlıları həyati vacib dərmanlardan məhrum edir", - deyə Bəqai bildirib.
Qeyd edək ki, Avropa İttifaqı (Aİ) Şurası martın 30-da İrana qarşı məhdudlaşdırıcı tədbirlərin müddətinin 13 aprel 2027-ci ilədək uzadılması barədə qərar qəbul edib. İran Prezidenti Məsud Pezeşkian Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Antonio Koşta ilə telefon danışığı zamanı deyib ki, müharibəyə istənilən müdaxilə təhlükəli nəticələrə səbəb olacaq.
tag: Bəqai,İran,Sanksiya,Dərman,TodayPress TV,
