Bəqai: “Neft anbarlarına edilən hücumlar kimyəvi müharibədir”

Dünya

08.03.2026 18:45

İrandakı neft anbarlarına zərbə endirmək İran vətəndaşlarına qarşı kimyəvi müharibəyə bərabərdir.

TodayPress TV xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai sosial media hesabında yazıb.

"ABŞ və İsrailin İran xalqına qarşı müharibəsi İranın enerji infrastrukturuna qarşı qəsdən edilən hücumlarla təhlükəli yeni bir mərhələyə qədəm qoyub. Neft anbarlarına edilən bu hücumlar İran vətəndaşlarına qarşı yönəlmiş kimyəvi müharibədən başqa bir şey deyil", - deyə sözşü qeyd edib.

Bəqai, yanacaq anbarlarına edilən zərbələrin havaya təhlükəli zəhərli maddələr buraxdığını, mülki şəxsləri zəhərlədiyini, ətraf mühitə zərər verdiyini və insanların həyatını böyük miqyasda təhlükə altına qoyduğunu bildirib. O, bu "ekoloji və humanitar fəlakətin" nəticələrinin İran sərhədləri daxilində qalmayacağını iddia edib.

Xatırladaq ki, daha əvvəl İran parlamentinin Enerji Komitəsinin sözçüsü İsmayıl Hüseyni İrandakı dörd neft anbarına edilən hücumlar barədə məlumat verib.

Aysel Mətləb

TodayPress TV

tag: Bəqai,İran,Neft,Kimyəvi,TodayPress TV,