Bəqai: "ABŞ ilə razılaşmaya yaxın deyilik"
Dünya
22.05.2026 22:18
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai Tehran və Vaşinqton arasında münaqişənin dayandırılması ilə bağlı yekun razılaşmanın yaxın olmadığını bildirib.
TodayPress TV xəbər verir ki, İranın “Tasnim” agentliyi onun sözlərini sitat gətirib.
Bəqai qeyd edib ki, hazırkı mərhələdə razılaşmanın əldə olunmasına yaxınlaşıldığını əminliklə demək mümkün deyil. Onun sözlərinə görə, danışıqlarda əsas diqqət müharibənin dayandırılmasına yönəlib.
Diplomat Pakistan ordusunun komandanı Asim Munirin Tehrana səfərinə də münasibət bildirib. O vurğulayıb ki, son vaxtlar xarici nümayəndə heyətlərinin artan səfərləri diplomatik prosesin davamı kimi qiymətləndirilir.
Bəqai həmçinin təsdiqləyib ki, Qətər nümayəndə heyəti İranın xarici işlər naziri Abbas Əraqçi ilə məsləhətləşmələr aparır. Bununla belə, ABŞ ilə danışıqlarda əsas vasitəçi tərəfin hələ də Pakistan olduğunu bildirib.
Aysel Mətləb
tag: İran ,Bəqai,Əraqçi,ABŞ,TodayPress TV,
