Belqorodda universitet binasına hücum: PUA İDDİASI - VİDEO
Rusiyanın Belqorod şəhərində V.Q. Şuxov adına Belqorod Dövlət Texnologiya Universitetinin binası hücuma məruz qalıb.
TodayPress TV xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə, zərbə nəticəsində universitet binasına ziyan dəyib.
Yerli sakinlər iddia edirlər ki, sözügedən binada pilotsuz uçuş aparatlarının (PUA) yığılması və sınaqları həyata keçirilirdi. Lakin bu iddialar hələlik rəsmi mənbələr tərəfindən təsdiqini tapmayıb.
Hücumun nəticələri və mümkün itkilərlə bağlı məlumatlar dəqiqləşdirilir.
Jalə Rövşən