Belqorodda sursat ambarı alovlandı - VİDEO

Belqorodda sursat ambarı alovlandı - VİDEO
08.06.2026 19:28 Dünya

Rusiyanın Belqorod vilayətində güclü partlayış qeydə alınıb, hadisədən sonra göyə ucalan tüstü vilayət mərkəzinin hər yerindən görünüb.

TodayPress TV xəbər verir ki, nəhəng tüstü Novosadovı qəsəbəsi və Belovskoye kəndi yaxınlığındakı meşəlik massivinin müxtəlif hissələrindən yüksəlir ki, bu ərazidə də sursat ambarları yerləşir.

İnternetdə yayılan görüntülərdə fövqəladə hadisənin nəticələri aydın şəkildə əks olunub. Belqorod rayonu səmasında azı dörd müxtəlif nöqtədən qatı qara tüstünün qalxdığı müşahidə edilir.

Videogörüntünü təqdim edirik:

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
08 IYUN 2026
Bütün Xəbərlər