Belçika, İtaliya və Fransa Rusiya aktivlərinin Ukraynaya verilməsinə qarşı çıxdı
Dünya
03.11.2025 09:51
Belçikanın ardınca, İtaliya və Fransa dondurulmuş Rusiya aktivlərinin Ukraynaya “reparasiya krediti” çərçivəsində ötürülməsinə qarşı çıxıblar.
TodayPress TV xəbər verir ki, bu barədə “Corriere della Sera" qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, Paris və Roma hökumətləri bu aktivlərin istifadəsinin sonradan qanunsuz sayılması halında maliyyə məsuliyyətinə cəlb olunmaqdan narahatdırlar.
Qeyd edək ki, oktyabrın 23-də Brüsseldə keçirilən Avropa İttifaqı (Aİ) sammitində Rusiya aktivlərinin istifadəsi ilə bağlı ümumi razılıq əldə olunmayıb. Belçikanın Baş naziri Bart De Vever bildirib ki, ölkəsində dondurulmuş 210 milyard avro dəyərində Rusiya suveren aktivlərinin Avropa Komissiyası tərəfindən mənimsənilməsi planlaşdırılır və bu halda bütün Aİ ölkələri Belçikanın maliyyə risklərini bölüşməlidirlər.
Aysel Mətləb
tag: Rusiya,Aktiv,Etiraz,Qərar,Todaypress.tv,
