Belarus Qərb və NATO ilə münasibətləri normallaşdırmaq istəyir

Dünya

30.11.2025 15:05

"Belarus Şərqi Avropa regionunda təhlükəsizliyi təmin etməyə çalışır və NATO üzvü ölkələrlə dialoqa açıqdır".

TodayPress TV xəbər verir ki, bunu Belarus Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq departamentinin rəhbəri, nazirin köməkçisi Valeri Revenko “VoenTV”yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, hazırda Belarusda NATO-ya üzv 10 dövlət akkreditə olunub:

“Biz Belarusun mövqeyini onlara çatdırmağa və onların mövqelərini dinləməyə hazırıq. Məqsəd – regionumuzda təhlükəsizliyin təmin edilməsi üçün konsensus tapmaqdır”.

Revenko qeyd edib ki, Belarusun Qərb və NATO ölkələri ilə münasibətləri problemlidir:

“Qərb Belarusun təhlükəsizlik siyasətini öz maraqlarına uyğunlaşdırmaq, sonra isə ölkəmizi siyasi və iqtisadi cəhətdən təcrid etmək istədi”.

O vurğulayıb ki, Minsk öz müstəqil siyasətini həyata keçirməkdə davam edir:

“Bizim Şərqi Avropada təhlükəsizliyi və qonşuluq münasibətlərini təmin etməyə yönəlmiş öz yanaşmamız var. Bu, Qərbin baxışları ilə üst-üstə düşmür”.

Bununla belə, Revenko bildirib ki, Belarus Qərb tərəfdaşları ilə kontaktları davam etdirir.

tag: Şərqi Avropa,Valeri Revenko,NATO ,Belarus ,Todaypress.tv,