BƏƏ ölkəsinin münaqişəyə cəlb olunmaq istəmədiyini bildirdi
Dünya
08.03.2026 19:30
BƏƏ özünümüdafiə məqsədilə hərəkət edir və heç bir münaqişəyə və ya eskalasiyaya cəlb olunmağa çalışmır, lakin suverenliyini qorumaq üçün bütün zəruri tədbirləri görmək hüququnu bir daha təsdiqləyir.
TodayPress TV xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
Agentliyin məlumatına görə, BƏƏ qəddar və əsassız İran hücumlarına qarşı özünümüdafiə məqsədilə hərəkət edir:
"BƏƏ heç bir münaqişəyə və ya eskalasiyaya cəlb olunmağa çalışmadığını vurğulayır. Bununla belə, beynəlxalq hüquqa və BMT Nizamnaməsinə uyğun olaraq özünümüdafiə hüququna əsaslanaraq, suverenliyini, milli təhlükəsizliyini və ərazi bütövlüyünü qorumaq, eləcə də vətəndaşlarının və sakinlərinin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmək hüququnu bir daha təsdiqləyir".
Aysel Mətləb
tag: BƏƏ,Müharibə,İran,Müdafiə,TodayPress TV,
