BƏƏ İranın milyardlarla dollarlıq aktivlərini dondura bilər

BƏƏ İranın milyardlarla dollarlıq aktivlərini dondura bilər
06.03.2026 11:59 Dünya

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İranın raket və dron hücumlarına cavab olaraq bu ölkəyə məxsus milyardlarla dollarlıq aktivləri dondurmağı nəzərdən keçirir.

TodayPress TV xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Məlumata görə, BƏƏ ərazisində qeydiyyatdan keçmiş iranlı şirkətlərə bağlı “şirkət-örtüklərin” və İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) aid hesabların bloklanması məsələsini müzakirə edir. Həmçinin ölkədə fəaliyyət göstərən valyuta mübadilə məntəqələrində genişmiqyaslı yoxlamaların başlanması planlaşdırılır.

Bildirilir ki, İran şirkətləri sanksiyalardan yayınmaq üçün tez-tez BƏƏ-də qeydiyyatdan keçmiş vasitəçi şirkətlərdən və valyuta mübadilə şəbəkələrindən istifadə edirlər.

Qəzetin yazdığına görə, bu addım atılarsa, Tehran üçün xarici valyutaya və qlobal ticarət şəbəkələrinə çıxış ciddi şəkildə məhdudlaşa bilər. Bu isə artıq yüksək inflyasiya və hərbi qarşıdurma ilə üzləşən İran iqtisadiyyatına əlavə zərbə vuracaq.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər