BƏƏ-də həyəcan: İrandan gələn raketlər havada vuruldu

BƏƏ-də həyəcan: İrandan gələn raketlər havada vuruldu
07.03.2026 22:10 Dünya

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ölkənin hava hücumundan müdafiə sistemlərinin İrandan gələn raket və pilotsuz uçuş aparatı (PUA) təhdidlərinə qarşı fəaliyyət göstərib.

TodayPress TV xəbər verir ki, bu barədə BƏƏ-nin Müdafiə Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.

Bildirilib ki, ölkənin müxtəlif bölgələrində eşidilən partlayış və səs-küylər hava hücumundan müdafiə sistemlərinin ballistik raketləri zərərsizləşdirməsi və qırıcı təyyarələrin PUA-ları vurması nəticəsində baş verib.

Açıqlamada, həmçinin vətəndaşlardan səlahiyyətli qurumların yaydığı təhlükəsizlik qaydalarına əməl etmələri istənilib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər