Baş naziri: "Ukrayna Aİ-yə bu yolla üzv ola bilər"
Dünya
10.03.2026 10:51
Ukraynanın Avropa İttifaqına üzvlüyü üçün aydın və mərhələli yol xəritəsi hazırlanmalıdır.
TodayPress TV xəbər verir ki, bunu Niderlandın Baş naziri Rob Yetten Ukraynanın “Yevropeyskaya pravda” nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Ukrayna ilə əməkdaşlıq gücləndirilməsə və üzvlüyə doğru dəqiq istiqamət göstərilməsə, Rusiya və digər ölkələr bu prosesə təsir göstərməyə və Avropanı sabitlikdən uzaqlaşdırmağa çalışa bilər.
“Ukraynanın gələcəyi Avropadadır. Ukrayna hökumətinin həyata keçirdiyi islahatlar Avropa İttifaqına üzvlük yolunda çox vacib addımlardır. Lakin qarşıda hələ çox iş var”, – deyə Yetten qeyd edib.
Baş nazir vurğulayıb ki, Ukraynanın Aİ-yə qoşulması zəruri islahatlarla paralel şəkildə həyata keçirilməlidir ki, bütün üzv ölkələr bu qərarı dəstəkləyə bilsin.
O həmçinin əlavə edib ki, bu prosesdə mərhələli yanaşma daha məqsədəuyğundur və Ukraynaya yerinə yetirilməsi mümkün olmayan vədlər verilməməlidir.
Qiymət Mahir
tag: Niderland ,Ukrayna,Avropa,Rob Yetten,TodayPress TV,
