Baş nazir müavini ölümündən sonra orqan donoru olmağa razılıq verdi
Qazaxıstanın baş nazir müavini Aida Balayeva ölümündən sonra orqan donoru olmağa rəsmi razılıq verdiyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Balayeva sosial şəbəkə hesabında paylaşdığı məlumatda bildirib ki, yaxınları nə vaxtsa belə bir seçim qarşısında qalarsa, bunun başqa insanların həyatını xilas etmək üçün nə qədər vacib olduğunu anlamalarını istəyir.
“Əgər bir gün yaxınlarım belə bir qərar verməli olsalar, həyat uğrunda mübarizə aparan insanlara şans verməyin nə qədər önəmli olduğunu başa düşmələrini istərdim. Məsuliyyətlə bəyan edirəm ki, ölümündən sonra orqan donorluğuna razılıq verirəm”, - deyə o qeyd edib.