"Bapco Energies" şirkəti fors-major elan etdi

"Bapco Energies" şirkəti fors-major elan etdi
09.03.2026 15:15 Dünya

Bəhreynin "Bapco Energies" öz fəaliyyətinə mane olan fors-major vəziyyəti elan edib.

TodayPress TV xəbər verir ki, bu barədə "Al-Jazeera" məlumat yayıb.

Bildirilib ki, şirkət bu bəyanatı İranın yaxın günlərdə "Bapco" neft emalı zavoduna hücumundan sonra verib.

Xatırladaq ki, fors-major hal tədarük sahəsindəki öhdəliklərin tərəflərdən asılı olmayan səbəblərdən icra edilə bilmədiyi hallarda müvafiq tərəfi məsuliyyətdən azad edən hüquqi mexanizmdir.

"Bapco" Bəhreynin başlıca neft emalı müəssisəsi və ölkənin enerji sahəsinin strateji əhəmiyyətli obyekti hesab olunur.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər