Balıkesirdə yenidən zəlzələ oldu

Balıkesirdə yenidən zəlzələ oldu
31.10.2025 08:54 Dünya

Türkiyədə 4,2 maqnitudada zəlzələ baş verib.

TodayPress TV xəbər verir ki, bu barədə Türkiyə Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.

Yeraltı təkanlar Türkiyə vaxtı ilə saat 07:18-də Balıkesir vilayətinin Sındırqı rayonunda qeydə alınıb.

Zəlzələnin ocağı 12,9 kilometr dərinlikdə yerləşib.

Dağıntı və xəsarət alanlar barədə məlumat yoxdur.

Qeyd edək ki, oktyabrın 27-də Balıkesirdə 6,1 maqnitudalı zəlzələ qeydə alınmışdı.

TodayPress TV

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər