“Bab əl-Məndəb Hörmüzdən daha təhlükəlidir” – İsraildən husilərə dair xəbərdarlıq

“Bab əl-Məndəb Hörmüzdən daha təhlükəlidir” – İsraildən husilərə dair xəbərdarlıq
11.09.2026 18:45 Dünya

"Husilərin Bab əl-Məndəbə nəzarəti Hörmüzdən daha təhlükəlidir".

TodayPress TV xəbər verir ki, bu barədə İsrail rəsmisi “Channel 12”yə açıqlamasında bildirib.

Rəsmi vurğulayıb ki, Perm adası yaxınlığındakı gəmiçilik kanalının eni təxminən 3 kilometrdir. Onun sözlərinə görə, gəmilər husilərin mövqelərindən vizual məsafədə keçəcək və onlar hətta sadə tank əleyhinə raketlərlə tankerləri hədəfə ala biləcəklər.

İsrail rəsmisi bunu husilərə “çox böyük güc” verən amil kimi qiymətləndirib.

Aysel Mətləb

XƏBƏR LENTİ
11 SENTYABR 2026
Bütün Xəbərlər