Ayı 37 gün zirzəmidə yaşadı
ABŞ-nin Kaliforniya ştatında bir ayı 37 gün yaşayış evinin zirzəmisində qaldıqdan sonra ərazidən çıxarılıb.
TodayPress TV xəbər verir ki, bu barədə “The New York Post” qəzeti məlumat yayıb.
Hadisə noyabr ayında Los-Anceles qraflığında yaşayan Ken Consonun evində baş verib. Ayı evin zirzəmisində məskunlaşıb. Kaliforniya Vəhşi Təbiət və Balıqçılıq Departamenti heyvanı tutmaq üçün tələ qursa da, tələyə daha kiçik bir ayı düşüb.
Ev sahibi dövlət qurumlarının gecikməsindən narazı qalaraq məhkəməyə müraciət edəcəyi ilə hədələyib.
Yanvar ayında təxminən 250 kiloqram (550 funt) çəkisi olan ayı peyntbol güllələri ilə qorxudularaq zirzəmidən çıxarılıb və ərazini tərk edib.
Türkan İsgəndərli