Avtobus qəzaya uğradı: 5 ölü, 10-dan çox yaralı
Türkiyənin cənub-şərqində yerləşən Mersin şəhərində kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobus qəzaya uğrayıb.
TodayPress TV xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Hadisə nəticəsində 5 nəfər həlak olub, 10-dan çox insan isə yaralanıb. İlkin məlumata görə, bütün xəsarət alanlar və ölənlər Türkiyə vətəndaşlarıdır.
Türkan İsgəndərli