Avstriya Baş naziri Yaxın Şərqlə bağlı xalqa müraciət etdi
Dünya
01.04.2026 17:02
Yaxın Şərqdəki müharibə Avstriyanın enerji təhlükəsizliyinə ciddi təsir edib.
TodayPress TV "TASS"a istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Entoni Albanese bildirib.
O, xalqa müraciət edərək Hörmüz boğazının bağlanmasının yanacaq çatışmazlığına və qiymət artımına səbəb olduğunu deyib və vətəndaşları mümkün olduqda avtomobil istifadəsini azaltmağa, ictimai nəqliyyata üstünlük verməyə və ehtiyacdan artıq yanacaq almamağa çağırıb.
Bildirilib ki, hökumət üç ay müddətinə yanacaq aksizini yarıya endirib, ağır nəqliyyat üçün yol rüsumlarını ləğv edib və əlavə yanacaq tədarükü üçün Sinqapur, Çin və Malayziya ilə razılaşmalar əldə edir. Ehtiyatlar son 15 ilin maksimum səviyyəsində olsa da, hələ də Beynəlxalq Enerji Agentliyinin tövsiyə etdiyi normadan aşağıdır.
Albanese qarşıdakı ayların çətin olacağını, lakin hökumətin ölkəni ən pis nəticələrdən qorumaq üçün çalışacağını bildirib. Buna baxmayaraq, qiymət artımı və yanacaq qıtlığı səbəbindən ölkədə magistral yollar artıq nəzərəçarpacaq dərəcədə boşalıb.
Jalə Rövşən
tag: Avstriya,Yaxın Şərq,Yanacaq ,Müraciət ,Todaypress.tv,
