Avropanın anbarlarında qış üçün yığılan qaz ehtiyatı tükəndi

Avropanın anbarlarında qış üçün yığılan qaz ehtiyatı tükəndi
07.03.2026 22:30 Dünya

Avropadakı təbii qaz anbarlarında doluluq nisbəti 30%-dən aşağı düşüb və qışa hazırlıq üçün yığılan bütün qaz fevralın ortalarında tükənib.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiyanın enerji şirkəti "Gazprom" xəbərdarlıq edib.

Açıqlamada Avropanın anbarlardakı təbii qazı sürətlə xərclədiyi bildirilib:

"Avropanın ümumi anbarlarında doluluq səviyyəsi 30%-dən aşağı enib. Qışa hazırlıq məqsədilə Avropa anbarlarına vurulan bütün qaz fevralın ortalarında artıq istifadə olunub bitib. Hazırda əvvəlki illərin ehtiyatlarından istifadə olunur".

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər