Avropa Parlamenti ABŞ ilə ticarət sazişinin ratifikasiyasını dondurdu
Dünya
21.01.2026 10:28
Avropa Parlamenti ABŞ ilə ticarət sazişinin ratifikasiyasını müvəqqəti olaraq dayandırıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.
Bildirilib ki, bu qərar ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyən səkkiz Avropa ölkəsinə qarşı gömrük rüsumları tətbiq edəcəyi ilə bağlı hədələrindən sonra verilib.
Məlumata görə, Avropanın əsas siyasi qrupları bu mövqeyi dəstəklədiklərini açıqlayıblar.
Qeyd edək ki, sənəd ABŞ-nin sənaye məhsullarına tətbiq edilən gömrük rüsumlarının ləğvini nəzərdə tuturdu və yaxın günlərdə səsverməyə çıxarılmalı idi. Saziş çərçivəsində Vaşinqton Avropa İttifaqından (Aİ) ABŞ-yə ixrac olunan məhsullara əvvəlkindən daha aşağı – 15% rüsum tətbiq etməyə razılaşıb.
Aysel Mətləb
tag: Avropa ,ABŞ,Donald Tramp,Qrenlandiya,Todaypress.tv,
