Avropa Komissiyası Zelenskinin Orbana təhdidlərini qəbuledilməz saydı

Dünya

06.03.2026 16:56

Avropa Komissiyası Ukrayna Prezidenti Volodimir Zelenskinin Macarıstanın Baş naziri Viktor Orbanın ünvanına səsləndirdiyi təhdidlərin qəbuledilməz olduğunu bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Olof Jill brifinqdə danışıb.

“Avropa Komissiyası hesab edir ki, bu cür ifadələr qəbuledilməzdir. Avropa İttifaqına üzv dövlətlərə qarşı təhdidlər səsləndirilməməlidir. Biz bu məsələ ilə bağlı bütün tərəflərlə müzakirələr aparırıq”, – deyə o bildirib.

Bundan əvvəl Zelenski bildirmişdi ki, Macarıstanın Baş naziri Viktor Orban Ukrayna Silahlı Qüvvələri üçün nəzərdə tutulan 90 milyard avroluq maliyyənin bloklanmasını davam etdirsə, hərbi güclə üzləşə bilər.

Ukrayna lideri qeyd edib ki, Macarıstanın siyasətçisinin nömrəsi Ukrayna hərbçilərinə verilə və onlar Orbanla öz dillərində danışa bilərlər.

Macarıstan hakimiyyəti rəsmi şəkildə belə bəyanatların qəbuledilməz olduğunu açıqlayıb.

Qiymət Mahir

TodayPress TV

tag: Avropa Komissiyası,Viktor Orban,Zelenski,Təhdid,Todaypress.tv,