Ankara və Ər-Riyaddan mühüm regional addım

Ankara və Ər-Riyaddan mühüm regional addım
09.06.2026 18:15 Dünya

Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında iki anlaşma memorandumu imzalanıb.

TodayPress TV xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Ər-Riyad səfəri çərçivəsində müsahibə zamanı açıqlayıb.

"Bölgədə baş verən müharibələrdən sonra alternativ nəqliyyat marşrutlarının yaradılmasının zəruriliyi ilə bağlı ortaq bir anlayışa sahibik", - deyə o bildirib.

Uraloğlunun sözlərinə görə, səfərin məqsədi bu sahədə əlaqaləri gücləndirmək olub:

"Logistika əlaqələrini inkişaf etdirmək məqsədilə bir səfər həyata keçirdik və iki anlaşma memorandumu imzaladıq. Regional miqyasda inkişaf etdirdiyimiz bu əməkdaşlığın digər ölkələr üçün də nümunə təşkil edəcəyinə inanırıq".

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər