"Amazon" 30 min iş yerini ixtisar etməyi planlaşdırır

"Amazon" 30 min iş yerini ixtisar etməyi planlaşdırır
28.10.2025 07:34 Dünya

Amerikalı onlayn pərakəndə satış nəhəngi "Amazon" 2022-ci ildən bəri ən böyük ixtisar dalğasını həyata keçirməyi planlaşdırır.

TodayPress TV xəbər verir ki, bu barədə ”Reuters" məlumat yayıb.

Məlumata görə, şirkət korporativ sahədə 30 minə qədər iş yerini ləğv etməyi nəzərdə tutur.

Bu, "Amazon"un 2022-ci ilin sonunda təxminən 27 min əməkdaşını işdən çıxarmasından bəri ən genişmiqyaslı ixtisar olacaq.

Bildirilib ki, bu rəqəm "Amazon"un ümumi işçi heyətinin - 1,55 milyon nəfərin kiçik bir hissəsini təşkil etsə də, korporativ əməkdaşların sayının təxminən 10 faizinə bərabərdir. Şirkətdə korporativ sahədə çalışanların sayı təxminən 350 min nəfərdir.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər