Almaniyadakı aksiyada daha 12 polis yaralandı
Almaniyanın Hessen əyalətinin Gisen şəhərində Almaniya üçün Alternativ (AfD) partiyasının yeni gənclər təşkilatının qurultayına qarşı keçirilən etiraz aksiyası iğtişaşlara çevrilib.
TodayPress TV xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.
Nəşrin məlumatına görə, hadisə nəticəsində 12 polis əməkdaşı yüngül xəsarət alıb.
Etirazçılar arasında da bir neçə nəfər yüngül şəkildə yaralanıb.
Aksiyada ümumilikdə 25–30 min nəfərin iştirak etdiyi bildirilir.