Almaniyada siyasi zəlzələ: Fridrix Mertsin reytinqi dibə vurdu
Almaniya kansleri Fridrix Mertsin rəhbərlik etdiyi federal hökumətin fəaliyyətindən ölkə vətəndaşlarının yalnız 12 faizi razıdır.
TodayPress TV xəbər verir ki, bu barədə “RTL” və “NTV” telekanallarının sifarişi ilə “Forsa” sosioloji xidmətinin keçirdiyi araşdırmanın nəticələrində bildirilib.
Araşdırmaya əsasən, respondentlərin 86 faizi Fridrix Mertsin fəaliyyətindən narazıdır.
Sorğuda iştirak edənlərin 62 faizi kanslerin liderlik keyfiyyətlərinin çatışmadığını və koalisiya daxilində qarşıya qoyduğu məqsədləri həyata keçirə bilmədiyini düşünür.
Qeyd edək ki, noyabrın 7-də keçirilən başqa bir sorğunun nəticələrinə əsasən, respondentlərin 82 faizi Mertsin fəaliyyətindən narazı olduğunu bildirmişdi.
Aysel Mətləb