Almaniya: Yaxın Şərq müharibəsi Ukraynaya dəstəyi azaltmamalıdır

Dünya

06.03.2026 17:18

“Yaxın Şərqdə davam edən hərbi əməliyyatlar Avropanın Ukraynaya dəstəyini azaltmasına səbəb olmamalıdır”.

TodayPress TV xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius “Reuters” agentliyinə açıqlamasında bildirib.

“Hamı bilir ki, hava hücumundan müdafiə sistemləri və zenit raketləri dünyada nadir resursdur. Yaxın Şərqdə davam edən müharibə bizi Avropadakı hərbi əməliyyatlardan – Ukraynaya qarşı aparılan müharibədən yayındırmamalıdır”, – deyə Pistorius qeyd edib.

Nazirin sözlərinə görə, Avropa Ukraynaya dəstək üçün mümkün olan hər şeyi etməlidir. Bununla yanaşı, Avropa ölkələri Fars körfəzi dövlətlərini də diqqətdən kənarda qoymamalıdır.

O əlavə edib ki, Avropa ölkələri bu dövlətlərə avadanlıq və ya logistika sahəsində yardım göstərə bilər.

Qiymət Mahir

TodayPress TV

tag: Boris Pistorius,Almaniya,Ukrayna,Dəstək,Todaypress.tv,