Almaniya Ukraynaya qoşun göndərəcək

Dünya

10.01.2026 15:45

Bundestaqın Xarici İşlər Komitəsinin sədri Armin Laşet atəşkəsdən sonra Almaniya qoşunlarının Ukraynaya yerləşdirilməsinin mümkünlüyünü gündəmə gətirib.

TodayPress TV xəbər verir ki, bu barədə "N-TV" kanalı məlumat yayıb.

Laşetin sözlərinə görə, Ukrayna üçün etibarlı təhlükəsizlik zəmanətləri vacibdir və bu təminatlara ABŞ-nin də dəstəyi daxil olmalıdır. O bildirib ki, Almaniya kansleri Fridrix Merts Almaniya əsgərlərinin Ukrayna ilə sərhədə yerləşdiriləcəyinə söz verib, lakin Bundesverin faktiki yerləşdirilməsi vəziyyətdən asılı olacaq.

Qeyd edək ki, yanvarın 6-da Parisdə Avropa liderlərinin iştirakı ilə “könüllülərin koalisiyası” sammiti keçirilib. Tədbirdə ABŞ Prezidentinin nümayəndəsi Stiv Uitkoff, Ağ Evin kürəkəni Cared Kuşner və Ukrayna Prezidenti Volodimir Zelenskinin rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.

Görüşdən sonra Zelenski, Böyük Britaniyanın Baş naziri Kir Starmer və Fransa Prezidenti Emmanuel Makron münaqişə başa çatdıqdan sonra Ukraynada çoxmillətli qüvvələrin yerləşdirilməsini nəzərdə tutan bəyannamə imzalayıblar.

Türkan İsgəndərli

TodayPress TV

tag: Almaniya,Ukrayna,Qoşun,Merts,Todaypress.tv,