Almaniya polisə PUA-ları vurmaq icazəsi verdi

Almaniya polisə PUA-ları vurmaq icazəsi verdi
08.10.2025 16:43 Dünya

Almaniya hökuməti polisə pilotsuz uçuş aparatlarını vurmaq hüququ vermək üçün yeni qanun hazırlayır.

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Yeni qanun Nazirlər Kabineti tərəfindən təsdiqlənib və parlamentin təsdiqini gözləyir. Qanuna əsasən, polis Almaniyanın hava məkanını pozan və ciddi təhlükə yaradan pilotsuz təyyarələri vurmaq imkanına malik olacaq.

Qeyd edək ki, qərar Münhen hava limanında bir neçə gün əvvəl naməlum dronların aşkarlanması və nəticədə onlarla reysin ləğv olunması, təxirə salınmasından sonra qəbul olunub. Oktyabrın 3-dən 4-nə keçən gecə bu hadisə hava limanının fəaliyyətini müvəqqəti dayandırıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər