Almaniya İrana qarşı müharibəyə qoşulmayacaq

Dünya

04.03.2026 23:30

ABŞ və İsrailin İranı hədəf alan hərbi hücumlarında Almaniya iştirak etməyəcək. 

TodayPress TV xəbər verir ki, bu barədə Almaniyanın Müdafiə Naziri Boris Pistorius parlamentdə çıxışı zamanı bildirib. 

“Almaniya bu müharibənin tərəfi deyil. Almaniya Silahlı Qüvvələri bu müharibədə iştirak etməyəcək”, - deyə nazir qeyd edib. 

Pistorius əlavə edib ki, ölkəsi regionda gərginliyin azaldılmasına və zorakılığın daha da yayılmasının qarşısının alınmasına töhfə vermək üçün əlindən gələni edəcək. 

O, ABŞ və İsrailin hərəkətlərinin beynəlxalq hüquqa uyğun olub-olmaması ilə bağlı müzakirələrin vacib olduğunu bildirib və əlavə edib ki, sabit beynəlxalq nizam yalnız ölkələr qanuna əməl etdikdə uzunmüddətli perspektivdə qoruna bilər. 

Aysel Mətləb

TodayPress TV

tag: Almaniya,İran,İsrail,ABŞ,Todaypress.tv,