Aleksandar Vuçiç prezidentlik postunu tərk edir
Serbiya Prezidenti Aleksandar Vuçiç dövlət başçısı postundan istefa vermək və respublikanın baş naziri vəzifəsinə öz namizədliyini irəli sürmək imkanını nəzərdən keçirdiyini bəyan edib.
TodayPress TV xəbər verir ki, bu barədə o, "Belqrad" radiosunun efirində danışıb.
"Mən istefa verməyi planlaşdırıram, bu barədə sizə məlumat verəcəyəm, heç kim üçün sürpriz olmayacaq. Prezident iqamətgahındakı kitabları toplamağa başlamışam, məndə onlardan çoxdur", - deyə Vuçiç bildirib.
Dövlət başçısının sözlərinə görə, o, öz postundan daha tez – üç-dörd aydan da əvvəl istefa verə bilər. Vuçiç həmçinin vurğulayıb ki, o, ölkənin hökumət başçısı postuna öz namizədliyini irəli sürmək haqqında hər gün düşünür.
Qeyd edək ki, Vuçiç ilk dəfə 2017-ci ildə Serbiya Prezidenti seçilib. 2022-cü ildə o, ikinci müddətə yenidən seçilib. Onun prezidentlik səlahiyyətlərinin müddəti 2027-ci ildə başa çatır.
Aysel Mətləb