"Al Hadath": Əraqçi İslamabadı tərk edib

Dünya

25.04.2026 19:30

İranın xarici işlər naziri Abbas Əraqçi Pakistanın rəsmi şəxsləri ilə danışıqlardan sonra İslamabadı tərk edib.

TodayPress TV xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.

Məlumata görə, Əraqçi ölkə rəhbərliyi, o cümlədən Baş nazir Şahbaz Şərif və Pakistan ordusunun komandanlıq nümayəndələri ilə görüşlərdən sonra İslamabaddan yola düşüb.

Bundan əlavə "Al Jazeera" telekanalı qeyd edib ki, İran XİN rəhbəri Pakistan paytaxtında İranın mövqeyini və ABŞ-nin tələbləri ilə bağlı şərtlərini şərh edib. Bildirilir ki, görüş zamanı regionda sülh və sabitliyin möhkəmləndirilməsi üçün əməkdaşlıq məsələləri də müzakirə olunub.

Xatırladaq ki, Pakistan Fars körfəzi zonasındakı münaqişənin nizamlanması üzrə İran və ABŞ arasındakı dialoqda vasitəçi rolunda çıxış edir.

Aysel Mətləb

TodayPress TV

tag: Əraqçi,Pakistan,İran ,ABŞ,TodayPress TV,