Aİ Rusiyaya qarşı yeni zərbə hazırlayır: Banklar hədəfdə

Aİ Rusiyaya qarşı yeni zərbə hazırlayır: Banklar hədəfdə
09.06.2026 15:40 Dünya

Avropa İttifaqı Rusiyaya qarşı növbəti sanksiyalar paketini hazırlayır.

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, yeni məhdudiyyətlər çərçivəsində daha 31 Rusiya bankı ilə əməliyyatların qadağan edilməsi təklif olunur.

Avropa Komissiyasının prezidenti Ursula von der Luyen yeni sanksiya təkliflərini təqdim edərkən bildirib ki, yeni paket çərçivəsində Rusiya və üçüncü ölkələrdən ümumilikdə 90 bank və kriptovalyuta platformasının sanksiya siyahısına salınması nəzərdə tutulur.

Təklif olunan məhdudiyyətlər enerji, maliyyə sektoru, kriptovalyuta ticarəti və balıqçılıq sənayesini də əhatə edəcək. Bundan başqa, iki Rusiya limanı və dörd hava limanı ilə əməliyyatların qadağan edilməsi planlaşdırılır.

Məlumata görə, Avropa İttifaqı Rusiya neftinin qiymət tavanını da dəyişmədən saxlamağı nəzərdən keçirir. Təklifə əsasən, maksimum qiymət növbəti altı ay ərzində bir barel üçün 44,10 dollar səviyyəsində qalacaq.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər