Aİ Rusiyaya qarşı sanksiyaları yumşaltmayacaq
Avropa İttifaqı Ukraynada atəşkəs olsa belə, Rusiyaya qarşı sanksiyaları yumşaltmaq niyyətində deyil.
TodayPress TV xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Ariana Podesta Brüsseldə keçirdiyi brifinqdə bildirib.
O, Aİ-nin atəşkəs halında sanksiyaları qismən yüngülləşdirə biləcəyi ilə bağlı xəbərləri təkzib edib.
Onun sözlərinə görə, Aİ artıq Rusiyaya qarşı 18 sanksiya paketi qəbul edib və 19-cu paket üzərində iş gedir.
Türkan İsgəndərli