Aİ qiymət artımından zərər çəkmiş sənayelərə dəstək verəcək
Dünya
07.03.2026 22:40
Avropa İttifaqı (Aİ) enerji daşıyıcılarının qiymət artımından zərər çəkmiş sənaye sahələrinə dəstək məqsədilə enerji vergiləri, enerji təchizatı infrastrukturu və karbon rüsumu sahəsində qısamüddətli tədbirlər tətbiq etməyi planlaşdırır.
TodayPress TV xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, qanunvericiliyə dəyişikliklə bağlı hər hansı təklif dərhal icra olunmayacaq. Təmiz enerjiyə keçid dövrü qiymətlər üzərindəki təzyiqi azaldana qədər, yaxın 2-5 il ərzində enerji daşıyıcılarının qiymətlərini aşağı salmaq üçün aralıq həll yoluna ehtiyac duyula bilər.
Bildirilib ki, Brüssel hələ Yaxın Şərqdə vəziyyət gərginləşməmişdən əvvəl ABŞ və Çinlə rəqabətdə uduzan sahibkarların müraciətləri səbəbindən problemin sürətli həlli yollarını axtarmağa məcbur olub.
Qeyd edilib ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen martın 19-da keçiriləcək sammitdə Aİ liderlərinə müvafiq tədbirlər variantlarını təqdim edəcəyinə söz verib.
Aysel Mətləb
tag: Avropa İttifaqı ,Qiymət,Sənaye,Dəstək,Todaypress.tv,
