Aİ liderləri martın 19-da Yaxın Şərqi müzakirə edəcək

Aİ liderləri martın 19-da Yaxın Şərqi müzakirə edəcək
13.03.2026 00:38 Dünya

Avropa Şurasının Prezidenti Antonio Koşta martın 19-da Avropa İttifaqı dövlət və hökumət başçılarının Yaxın Şərq və Ukraynadakı vəziyyəti müzakirə etməsi üçün görüş keçirəcək. 

TodayPress TV xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. 

"Həmkarlar, sizi 19 martda keçiriləcək Avropa Şurasının iclasına dəvət edirəm. Biz İran və Yaxın Şərq regionundakı vəziyyəti müzakirə edəcəyik”, - deyə dərc edilmiş kommünikedə qeyd edilib. 

Koşta əlavə edib ki, gündəliyə Ukrayna, Livandakı vəziyyət, Qəzza zolağı və Qərb sahili məsələləri daxil olacaq. 

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər