Aİ diplomati: "Avropa artıq Rusiya ilə müharibədədir"

Dünya

04.02.2026 17:22

Avropa İttifaqının diplomatik xidmətinin baş katibi Aİ-nin artıq Rusiya ilə müharibə vəziyyətində olduğunu bildirib və bunun hələlik ümumi səfərbərlik demək olmadığını vurğulayıb.

TodayPress TV xəbər verir ki, Aİ diplomatik xidmətinin baş katibi Belen Martinez Karbonell bunu İspaniyanın "Pais" qəzetinə müsahibəsində deyib.

O qeyd edib ki, Avropa artıq Rusiya ilə müharibə şəraitindədir, lakin Avropa ölkələri vətəndaşlarının səfərbər olunaraq cəbhələrdə döyüşəcəyinə inanmaq istəmir.

Karbonell vurğulayıb ki, Avropa İttifaqı “ədalətli və davamlı sülhə” nail olmağa çalışmalıdır və bu prosesdə ABŞ-nin dəstəyi həlledici əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Aİ ölkələri prioritetlərin dəyişdiyini qəbul etməlidir: müdafiə qabiliyyətinin gücləndirilməsi resursların yenidən bölüşdürülməsini və avropalıların alışdığı rahatlıq səviyyəsindən qismən imtinanı tələb edə bilər.

Baş katib əlavə edib ki, Ukraynada münaqişə başladıqdan sonra Avropa İttifaqı yalnız iqtisadi və sülhməramlı layihə olmaqdan çıxıb və müdafiə siyasətinin alətlərindən daha aktiv istifadə etməyə məcbur qalıb.

Qiymət Mahir

tag: Aİ,Rusiya,Avropa,Müharibə,Todaypress.tv,