Aİ Arktikanı 2026-cı il təhlükəsizlik planına daxil edəcək

Aİ Arktikanı 2026-cı il təhlükəsizlik planına daxil edəcək
20.01.2026 21:05 Dünya

Avropa Komissiyası Arktika strategiyasını yeniləyir və yeni təhlükəsizlik planını ilin sonlarında təqdim edəcək.

TodayPress TV  "TASS"a istinadən xəbər verir ki,  bunu Davosda Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen  bildirib. 

Fon der Lyayen qeyd edib ki, Avropa bu sahədə öhdəlik götürüb və ABŞ ilə  məqsədləri bölüşür.

O əlavə edib ki, NATO-nun şimal üzvlərinin “Arktikaya hazır qüvvələri” mövcuddur. Avropa təhlükəsizlik strategiyası ilin sonlarında təqdim olunacaq və Arktika strategiyasının yenilənməsi onun bir hissəsini təşkil edir.

Jalə Rövşən 

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər