Ağ Ev ABŞ tankerlərinin Hörmüz boğazından keçdiyini təkzib etdi

Dünya

10.03.2026 23:18

ABŞ Hərbi Dəniz Qüvvələri hələ də Hörmüz boğazından neft tankerləri üçün müşayiət əməliyyatları aparmayıb və ABŞ Energetika naziri Kris Rayt bunun əksini iddia etməklə yanılıb.  

TodayPress TV xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolayn Livitt məlumat verib. 

"Bu haqda Energetika naziri ilə birbaşa danışmaq imkanım olmayıb. Lakin bilirəm ki, Kris Raytın sosial mediada paylaşımı kifayət qədər tez silinib və təsdiqləyə bilərəm ki, ABŞ Hərbi Dəniz Qüvvələri hazırda nə tankeri, nə də gəmini boğazdan keçirib", - deyə o bildirib. 

Qeyd edək ki, ABŞ Energetika naziri Kris Rayt sosial media hesabında ABŞ Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazından neft tankerini uğurla müşayiət etdiyini açıqlayıb. Biraz sonra isə o, paylaşımı silib. 

Aysel Mətləb

TodayPress TV

tag: ABŞ,Tanker,Hörmüz,