"Afrika və Asiyadan gələnlər üçün düşərgə tikiblər" – Macarıstan qarışdı, Orban ittiham olunur

"Afrika və Asiyadan gələnlər üçün düşərgə tikiblər" – Macarıstan qarışdı, Orban ittiham olunur
13.06.2026 14:57 Dünya

Macarıstanın yeni Baş naziri Peter Madyar sələfi Viktor Orbanın rəhbərlik etdiyi hökuməti miqrasiya siyasəti, iqtisadi vəziyyət və Rusiya-Ukrayna müharibəsi ilə bağlı yalan məlumatlar yaymaqda ittiham edib.

TodayPress TV xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Budapeştdə keçirdiyi mətbuat konfransında çıxış edən Peter Madyar bildirib ki, əvvəlki hökumət bir çox məsələlərdə, o cümlədən ölkədəki iqtisadi və sosial vəziyyət, eləcə də Rusiya-Ukrayna müharibəsi ilə bağlı həqiqəti gizlədib.

“Orban hökuməti bir çox məsələlərdə tez-tez yalan danışıb. Bu məsələlərdən biri də qeyri-qanuni miqrasiya olub”, – deyə Macar vurğulayıb.

Onun sözlərinə görə, əvvəlki hakimiyyət Afrika və Asiyadan olan miqrantların qəbuluna qarşı çıxsa da, qaçqınlar üçün düşərgə tikib və bu istiqamətdə milyonlarla avro xərcləməyi planlaşdırıb.

Macar iddia edib ki, hökumət parlament seçkiləri ərəfəsində miqrasiya mövzusunu qəsdən gərginləşdirmək, Avstriyanı təzyiq altında saxlamaq və Brüssellə münasibətlərdə bundan istifadə etmək niyyətində olub. Lakin ölkə vətəndaşlarının etirazlarından sonra bu planlardan geri çəkilməli olub.

Qeyd edək ki, iyunun 12-dən Avropa İttifaqının Miqrasiya və Sığınacaq Paktı təşkilata üzv olan 27 ölkədə qüvvəyə minib.

Qiymət Mahir

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər