“Adidas” bu reklamına görə üzr istədi

“Adidas” bu reklamına görə üzr istədi
08.09.2026 04:36 Dünya

“Adidas” “Single Shoe” reklam kampaniyasına görə üzr istəyib.

TodayPress TV xəbər verir ki, şirkətin reklam kampaniyasında keçmiş israilli hərbçi və amputasiya olunmuş Şalev Bitonun yer alması boykot çağırışlarına səbəb olub.

Tənqidçilər müharibə zamanı Qəzzada minlərlə fələstinlinin ətraflarını itirdiyini nəzərə alaraq, keçmiş israilli hərbçinin “Single Shoe” (“Tək ayaqqabı”) xidmətinin tanıtımında istifadə edilməsini həssaslıqdan uzaq addım kimi qiymətləndiriblər.

“Adidas” isə kampaniyanın yerli təşəbbüs olduğunu bildirib və yaranmış narahatlığa görə üzr istəyib. Şirkət qeyd edib ki, “Single Shoe” proqramı ətraflarında fərqlilik olan insanlara yalnız ehtiyac duyduqları ayaqqabını almaq imkanı yaratmaq məqsədi daşıyır.

Kübra Musayeva

XƏBƏR LENTİ
08 SENTYABR 2026
Bütün Xəbərlər